Joze Alesio: “İşimizin öhdəsindən gəlsək də, çox çalışmalıyıq”

Futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsində Yunanıstanla oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:0 hesablı qələbəni şərh edib:

“Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı.

Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq.

İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik”.

Həmin kateqoriyadan