Joze Alesio: Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir

“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşan komandadır”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə Xəzər kubokunda İran yığması ilə oyundan sonra baş məşqmimiz Joze Alesio Da Silva deyib. Onun fikrincə, nəticələr daha yaxşı olacaq:

“İlk oyunda Rusiya ilə görüşdə ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. On metrlik zərbəni qola çevirə bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü hesaba daşıya bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vurmağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.

Qeyd edək ki, Azərbaycan – İran oyunu heç-heçə yekunlaşıb – 2:2. Millimiz ilk oyununda Rusiyaya 1:2 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan