Joze Alesio: Qol epizodlarını reallaşdırmağa çətinlik çəkdik

Futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsində Moldova qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis 3:1 qalib gəldikləri görüşlə bağlı bunu söyləyib:
 
“Çətin oyun olacağını bildirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdi bir yerdə məşqlər keçir. Bizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir. Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik.

Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq. Onlar da kifayət qədər hazırlıqlı komandadı. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq. Bu gün reytinq cədvəlində üst sıralarda qərarlşadığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır.

Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda mübasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsində yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.

Həmin kateqoriyadan