- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. Allsport.az saytı xəbər verir ki, o bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.
DTF, rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər 2 vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.