- Baxış sayı: 62
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 66
- Aprel 24, 2025
- 0
Dekabrın 30-da gənclər və idman nazirliyində Azərbaycan taekvondo federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Sonra nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.
Daha sonra, ATF-in son illərdə fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Kəmaləddin Heydərov yenidən prezident seçilib.
Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək. Konfransda Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Konfransda Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.