- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 36
- Dekabr 05, 2025
- 0

Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən federasiyaların məşqçi-müəllimlərinin sertifikatlaşdırma və lisenziyalaşdırılması üzrə təlimlər davam edir.
Allsport.az xəbər verir ki, ötən ilin dekabr ayından başlayan silsilə təlimlərin davamı olaraq bugün ənənəvi karate-do federasiyası və qocu-yu okinava karate-do və kobudo növləri federasiyasının məşqçi- müəllimlərinin növbəti məşqçilik kursları keçirilib. Tədbirdə 2 federasiyadan ümumilikdə 16 məşqçi-müəllim iştirak edib. Yaxın günlərdə təlimlər digər federasiyaların məşqçi-müəllimlərinin iştirakı ilə davam edəcək. Təlimlər AKF-in idarə heyətinin qərarı ilə yaradılmış komissiya tərəfindən – federasiyanın baş katibi Qabil Sayadov, məşqçilər komitəsinin sədri Əhməd Əfəndi, eləcə də hüquq və intizam komitəsinin sədri Həmid Məmmədovun rəhbərliyi ilə keçirilib. Tədbir FHN-in idman sağlamlıq klubunun bazasında baş tutub.