- Baxış sayı: 57
- 14 Dekabr 2025 15:24
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0

Türkiyənin Qaziantep şəhərində karate üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bizdən Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət komandamız finalına vəsiqə qazanıb.
Mübarizəyə 1/8 finalda start verən yığmamız ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib. Mayın 29-da keçiriləcək həlledici mərhələdə komandamız Fransa karateçiləri ilə üz-üzə gələcəklər.