- Baxış sayı: 40
- 18 Noyabr 2024 20:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Abşeron olimpiya idman kompleksində karate üzrə açıq turnirə start verilib.
Allsport.az xəbər verir ki, yarışda paytaxtla yanaşı bölgələrdən ümumilikdə 800-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparır.
Yarışın rəsmi açılış mərasimindən əvvəl AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadovun iştirakı ilə klubların nümayəndələri və məşqçi-müəllimlərlə görüş keçirib. İclasda klubların mövcud problemləri, həmçinin məşqçilərin fikirləri dinlənilib. AKF rəhbərliyi tərəfindən klub və məşqçilərə, idmançılarla peşəkar müqavilələrin bağlanması istiqamətində tapşırıqlar verilib.
Daha sonra AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, idarə heyətinin üzvü Maarif Bağırov və Paralimpiya Komitəsinin idman şöbəsinin rəisi Şahvələd Əliyevə AKF-in nəzdində fəaliyyət göstərən Azərbaycan Karate Təşkilatının rəhbəri Rənad Əliyev tərəfindən xüsusi mükafatlar təqdim olunub.
Yarışın rəsmi açılış mərasimində Vinq Çun döyüş sənəti federasiyasının idmançıları nümunəvi çıxışlarla yadda qalıblar. Yeniyetmə idmançıların nümunəvi kata çıxışı azarkeşlərin xüsusi marağına səbəb olub. Qeyd edək ki, 2 gün davam edəcək turnirdə para-karateçilər də mübarizə aparırlar.