- Baxış sayı: 42
- 18 Noyabr 2024 20:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən KVU-VFKF birliyinin Bakı şəhər gənclər və idman idarəsi ilə birgə keçirdiyi kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib.
Allsport.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan federasiya rəhbəri, Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.
AKF -nın vitse-prezidenti Füzuli Musayev də öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolu olduğunu qeyd edib. O bildirib ki, ali baş komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı, qazanılan uğurların təməlidir.
Yarışın açılış mərasimində Bakı şəhər gənclər və idman idarəsinin karate idman növü üzrə kuratoru Taleh Məqsədli də iştirak edib və iştirakçılara uğurlar arzulayıb.