- Baxış sayı: 202
- 11 Yanvar 2026 16:42
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Ənənəvi karate üzrə dünya çempionatında Azərbaycan idmançıları uğur qazanıblar.
Allsport.az xəbər verir ki, sentyabrın 27-dən oktyabrın 3-dək Yaponiyanın Tokio şəhərində ənənəvi karate-do üzrə XVII dünya çempionatı keçirilib. Nüfuzlu yarışda 41 ölkədən 700-ə yaxın karateçi mübarizə aparıb.
Azərbaycan karate federasiyasının ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında ölkəmizi yığma komandanın 7 karateçisi təmsil edib.
İdmançılarımız yarışlarda yüksək nəticələr əldə ediblər. Belə ki:
Ayxan Şabanzadə – 15 yaşadək kadetlərdə III yer,
Salman Salmanov – gənclərdə kata üzrə I yer,
İmran Quluzadə – böyüklərdə -74 kq çəkidə II yer,
Mehman Eynalov – böyüklərdə +75 kq çəkidə III yer,
Komanda kumite yarışında (Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov) – III yer.
Ənənəvi karateçilərimizin bu uğurları Azərbaycanın idman nüfuzunun beynəlxalq arenada daha da möhkəmlənməsinə töhfə verib.