- Baxış sayı: 190
- 16 Mart 2026 10:00
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan karateçiləri Moskvada karate-1 premyer liqasında 3 bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) 3-cü yeri tutublar.
Moskvadakı nüfuzlu turnirdə 55 ölkədən 441 karateçi iştirak edib. Mövsümün son liqa turnirindən sonra kişi və qadın karateçilər noyabrda Dubayda dünya çempionatında iştirak edəcəklər.