- Baxış sayı: 54
- 16 Dekabr 2024 20:47
- Baxış sayı: 404
- Yanvar 10, 2025
- 0
Yeniyetmə və gənclərin Macarıstanda keçirilən Avropa çempionatında yüksək nəticə əldə edən karateçilərimiz Budapeştdə ötən ilin sonunda açılmış “Azərbaycan evi”nin qonağı olublar. Allsport.az xəbər verir ki, “Azərbaycan evi” diasporla iş üzrə dövlət komitəsinin təşəbbüsü və dəstəyilə yaradılaraq soydaşlarımızın istifadəsinə verilib.
Görüşdə qitə çempionatının mükafatçıları, federasiya rəsmiləri, məşqçi və hakimlər iştirak ediblər. “Qardaşlıq” macar-azəri birgə cəmiyyətinin sədri Ramiz Əmirli “Azərbaycan evi”nin ilk qonaqları olan milli karateçiləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Karateçilərimiz Macarıstanda yeniyetmə və gənclərin qitəçempionatını 8 medalla başa vurublar.