- Baxış sayı: 42
- 16 Yanvar 2025 18:35
- Baxış sayı: 91
- Yanvar 17, 2025
- 0
Bakı İdman Sarayında keçirilən karateçilərin “Baku open” turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, aşılışda AKF-in prezidenti Yaşar Bəşirov artıq 20 ildir bu təşkilatın Dünya Karate Federasiyasına üzv olduğunu xatırladıb, bu illər ərzində qazanılan uğurlardan danışıb. O, qarşıdan gələn “Dubay open”, 4-cü İslam həmrəyliyi oyunları və nəhayət, Tokio-2020-də millimizin Azərbaycanı layiqincə təmsil edəcəyinə əminliyini bildirib.
İlk mübarizə günündə Asiman Qurbanlı (84 kq), Pənah Abdullayev (84 kq-dək), Fəridə Əliyeva (68 kq) qızıl, Şahin Atamov (84 kq) və Zaur Məmmədli (+84 kq) gümüş medala sahibləniblər.
Azərbaycanın bir çox regionlarından, eləcə də Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Slovakiya, Gürcüstandan ümumilikdə 360 idmançının iştirak etdiyi beynəlxalq yarışa bu gün yekun vurulacaq.