Karateçilərimiz Belçikaya yollandı

23-24 noyabr tarixlərində fullkontakt kyokuşin karate üzrə 2-ci avropa kubokunda iştirak edəcək milli komandamızın üzvləri Belçikanın Antiverpen şəhərinə yola düşüb.

Allsport.az xəbər verir ki, yığmamız 2-ci Avropa kubokunda 8 nəfərdən ibarət heyətlə baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq. Bir nəfər hakimimiz (Mail Abdullayev) ədaləti qoruyacaq.

Avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq.

Milli komandamız yarışa AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanıb.

Həmin kateqoriyadan