- Baxış sayı: 54
- 16 Dekabr 2024 20:47
- Baxış sayı: 406
- Yanvar 10, 2025
- 0
Millimiz 14-16 fevral tarixlərində Dubayda Karate1 premyer liqa turnirində iştirak edəcək. Allsport.az xəbər verir ki, mövsümün 2-ci mərhələsinə federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbrliyi ilə 14 idmançı yollanıb.
Baş məşqçi Bahəddin Kandaz, böyük məşçqilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov turnirdə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (-84 kq), Nuranə Əliyevan (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə yalnız Roman Heydərov çıxışına üstünlük verib. Dubay premyer liqasını idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.
Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi yarışacaq.