- Baxış sayı: 189
- 16 Mart 2026 10:00
- Baxış sayı: 150
- Mart 26, 2026
- 0

Azərbaycan karateçiləri dünya oyunlarına yollanıblar. Allsport.az saytının məlumatına görə, Polşanın Vrotslav şəhərində nüfuzlu oyunların karate yarışlarında 2 idmançımız iştirak edəcək.
Firdovsi Fərzəliyev (61 kq) ilə Ayxan Mamayev (84 kq) bura vəsiqəni ötən ilin payızında Avstriyada dünya çempionatının mükafatlarına əsasən qazanıblar. 3-cü vəsiqənin sahibi Rafael Ağayev isə zədə üzündən yarışa qatıla bilməyib.
Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə bu mötəbər yarışda iştirak edən karateçilərimiz 25-26 iyulda mübarizə aparacaqlar.