Karateçilərimiz mövsümün son liqa turnirində

Milli komandanın üzvləri Moskvada karate1 premyer liqasısnın bu il son mərhələsində iştirak edəcəklər. 

Allsport.az xəbər verir ki, Azərbaycan milli karate federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, o cümlədən 4 məşqçi, 4 beynəlxalq hakim və 18 idmançı yer alıb. Kişillərin böyük məşqçiləri Şahin Xudaverdiyev və Rəşad Hüseynov, eləcə də qadınların baş məşqçisi Denis Morozovun müşayiəti ilə kumite yarışlarına Əminağa Quliyev və Sultan Hüseynov (-60 kq), Rafiz Həsənov  və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev və Fərid Ağayev (-75 kq), Turqut Həsənov və Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva və Fidan Teymurova (-50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+84 kq) qatılacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq. 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimovdan başqa digər hakimlər Anar Allahverdiyev və Rənad Əliyev dərəcələrini artırmaq üçün imtahan verəcəklər. 28-29 sentyabrda Rusiyaya yola düşən karateçilər oktyabrın 4-də Bakıya dönəcəklər. Moskvadakı nüfuzlu turnirdə 55 ölkədən 441 karateçi iştirak edəcək. 

Həmin kateqoriyadan