- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 36
- Mart 26, 2026
- 0

Karateçilərimiz Slovakiya qran-prisində 3 medal qazanıblar. Allsport.az xəbər verir ki, “Təhsil” respublika idman mərkəzinin üzvləri 2 qızıl, 1 gümüş medala sahib olublar.
16-17 yaşlı gənclər seçmə komandasından Hüseyn Məmmədli (-61 kq) və Fərid Ağayev (-76 kq) çempion olub. Abbas Dadaşov isə (-68 kq) 2-ci yeri tutub.
Karateçilərimizi yarışda idman mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudov müşayiət edib. Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib.