- Baxış sayı: 38
- 20 Aprel 2025 15:36
- Baxış sayı: 104
- Aprel 21, 2025
- 0
Ukraynanın Nikolayev şəhərində dünya oyama kyokuşin təşkilatının dəstəyi ilə açıq yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi millinin baş məşqiçisi Şihan İnşallah Camalovun (5 dan) rəhbərliyi ilə 15 döyüşçü təmsil ediblər. 6 ölkənin iştirak etdiyi sınaqda Azərbaycan komandası 1-ci yer tutub.
Ramil Mirzayev, Yavər İmanov, Emil Şamilov, Ozal Quliyev, Abbas Dünyamalıyev, Nihad Qədirov, Vüsal Məmmədov qızıl, Heydər Abbasov, Nihad Muradlı, Ramiz Abbasov, Məhəmməd Əliyev, Uğur Abbasov gümüş, Ülvi Qəhrəmanlı və Hüseyin İsmayılov bürünc medal qazanıblar.
Adı 2-ci çəkilən idmançımız finalda erməni rəqibini təmiz qələbə ilə üstələyib.