- Baxış sayı: 62
- 24 Mart 2025 20:08
- Baxış sayı: 60
- Mart 24, 2025
- 0
Azərbaycan karate federasiyasının idmançıları ənənəvi karate-do üzrə Avropa çempionatında 3 medal qazanıblar.
Allsport.az xəbər verir ki, Almaniyanın Regensburq şəhərində keçirilmiş yarışda İmran Quluzadə (-72 kq.) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. +80 kq. çəki dərəcəsində Fuad Əliyev qitə miqyaslı yarışın bürünc mükafatını qazanıb. Təmsilçilərimiz komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.
Qeyd edək ki, komandamıza bu yarışda AKF-in məşqçilər komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.