- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.
Bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq. Zaretska italiyalı Silvia Semeraro, komanda isə Özbəkistanla üz-üzə gələcək.