- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 12
- Mart 26, 2026
- 0

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) İslam oyunlarının kumite yarışında qızıl medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, o, 2-ci dəfə qalibi olub. Legionçu 2017-ci ildə Bakıda keçirilən eyni tədbirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq) gümüş, Tural Ağalarzadə (67 kq) bürünc medala sahib çıxıblar.