- Baxış sayı: 20
- 25 Noyabr 2024 10:40
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Keşlə” klubu Dünya Azərbaycanlılarının həmrəylik günü və Təqvim bayramı ilə əlaqədar valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbini ziyarət edib. Allsport.az saytı xəbər verir ki, tədbirdə komandanın idarə heyətinin nümayəndələri Elşən Abbasov, Rövşən Mirzəyev, Elmar Qafarov və baş məşqçisi Tərlan Əhmədov, baş menecer Eldəniz Yusubov, futbolçular Rəşad Sadiqov, Əfran İsmayılov və Azər Salahlı iştirak ediblər.
Klub uşaqlara müxtəlif hədiyyələr təqdim edilib, onlar üçün xüsusi əyləncəli proqram hazırlanıb. Əyləncəli proqramda uşaqlarla yanaşı futbolçuların da iştirak etməsi xüsusilə yaddaqalan olub.
2 saylı internat məktəbinin rəhbərliyi “Keşlə”yə bu ziyarətə görə təşəkkür edib. Öz növbəsində, Elşən Abbasov belə tədbirlərin xoş ənənəyə çevriləcəyini nəzərə çatdırıb və bundan sonra da internat məktəblərinə ziyarətlərin ediləcəyini bildirib.