- Baxış sayı: 37
- 17 Noyabr 2024 11:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Dağıstanın paytaxtı Mahaçqalada taekvondo üzrə respublika festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi ilə 2013-2014-cü il təvəllüdlülər arasında 10 idmançı təmsil edib.
300 taekvondoçunun iştirak etdiyi yarış milli komandamızın üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb. Oğlanlar arasında Rizvan Abdullayev (27 kq), Ülvi Məmmədov (36 kq), Şahin Abdullayev (+48 kq), qızlar arasında isə Yaqut İsmayıllı (27 kq), Mədinə Aslanlı (30 kq) və Məryəm Xalidli (40 kq) bütün rəqiblərini üstələyiblr.
Ləvənd Zalov (30 kq) və Həsən Ələkbərli (33 kq) oğlanlar arasında gümüş, Əsmanur Azayeva (36 kq) qızlar arasında bürünc medallara sahib çıxıblar.