- Baxış sayı: 189
- 16 Mart 2026 10:00
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

Moldovanın paytaxtı Kişinyovda keçirilmiş karate üzrə açıq qran pridə Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.
Allsport.az xəbər verir ki, Qasımzadə Elnur 67 kiloqram çəki dərəcəsində birinci yeri, Ağayev Hikmət 60 kq-da ikinci yeri, Əlizadə Əliəkbər isə 75 kq-da ikinci yeri tutublar.
Osmanov Şaiq (75 kq), Sahibli Sahib (84 kq) və Hüseynli Elmin (84 kq) isə turnirin bürünc medalına layiq görülüblər.
Milli komanda bu yarışda AKF -in deflimpiya üzrə baş məşqçisi Seymur Xudaverdiyevin rəhbərliyi ilə iştirak edib.
Bundan əlavə, ölkəni yarışda beynəlxalq dərəcəli hakim Şahin Xudaverdiyev də təmsil edib.