KİV arasında “İntellektual kubok”

Gələn il mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının finalı ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Allsport.az saytı xəbər verir ki, bunların sırasına KİV arasında “İntellektual kubok” da daxildir.

Turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.

Hər komandanın heyətində minimum 3, maksimum 5 oyunçu mübarizə apara bilər. Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanlarını təmsil edə bilər.

Tədbirin sonunda bütün KİV-ə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr qazanacaq. “İntellektual kubok” dekabrın 10-da Bakı olimpiya stadionunda keçiriləcək.

Həmin kateqoriyadan