- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Antalyada klublararası Avropa çempionatına start veilib. Allsport.az saytı xəbər verir ki, Türkiyə Taekvondo Federasiyası və Avropa Taekvondo Birliyi tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışda milli komandalarımız da gemiş heyətlə təmsil olunur. Artıq yarışın ilk günü idmançılarımız 9 medal qazanıblar.
“Gilan”ı təmsil edən Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Nihad Əlizadə (33 kq), Ofeliya Allahverdiyeva (41 kq), İlkin Fərzəlizadə (57 kq) və Elsevər İsmayılzadə (+65 kq) 3-cü yer tutublar.
Riyad Şirəliyev (37 kq, “Qafqaz”) ilə İlkin Dünyamalıyev (45 kq, 2 saylı “Gömrükçü”) də bürünc medala sahibləniblər. Yarış daha 2 gün davam edəcək.