- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Antalyada klublararası Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Türkiyə və Avropa taekvondo federasiyalarının birgə təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışın son günündə daha 6 medal qazanmışıq.
40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rio-2016-nın bürünc mükafatçıları Milad Beigi Hərçəqani (80 kq, və Patimat Abakarova (53 kq, hər ikisi – “Gilan”) qalibi olublar.
Radik İsaev (+87 kq, “Gilan”) və Ramin Əzizov (87 kq, “Qafqaz”) həlledici döyüşdə uduzublar. Daha üç təmsilçimiz, Yarpaq Əriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi – “Gilan”) və Ceyhun Həsənli (+87 kq, “Savalan”) 3-cü yer tutublar.
Beləliklə, 4 gün davam edən klublararası Avropa çempionatında ümumulikdə 31 medala sahiblənmişik. “Gilan” bütün yaş kateqoriyaları üzrə ilk pilləyə tutaraq qitənin ən güclü klubu adını qazanıb.
11-fevral tarixində G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaqlar.