- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
12-13 dekabrda “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvandoçuların komandalararası dünya çempionatı keçiriləcək.Allsport.az saytı xəbər verir ki, kişilərin mübarizəsində son yarışın qalibi olan Azərbaycan millisi titulunu qorumaq üçün Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi – 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevin (+87 kq) gücündən faydalanmağa çalışacaq.
Qadınlardan ibarət seçməmizin heyətində Azərbaycanı Sofiya Polad (49 kq), Zeyvi Kərimova, Gülxanım Yaşıldal (hər ikisi – 57 kq), Yarpaq Əriş (62 kq), Melissa Paqnotta (67 kq) və Rəşmiyə Oogink (73 kq) təmsil edəcəklər.
Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan, xanımlarda 318 kq-dan çox olmamalıdır. Yarışın qaydalarına görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər. Həm kişilərin, həm də qadınların yarışında ayrı-ayrılıqda səkkiz komanda hərəsi dörd olmaqla iki qrupda mübarizə aparacaq.
Azərbaycanı bu dünya çempionatında beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edəcəklər. Dünya çempionatı “G2” kateqoriyalı yarış olduğundan qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc medalçılar isə 7.2 xal qazanacaqlar.