- Baxış sayı: 253
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Triatlonçumuz Kseniya Levkovskaya Estoniyada keçirilən Avropa kubokunda bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 750 metrlik su məsafəsini 9.26, 20 kilometrlik velo-məsafəni 33.04 dəqiqəyə qət edib.
Nəhayət, təmsilçimiz son mərhələdə – 5 kilometrlik qaçış zolağını 18 dəqiqə nəticə ilə başa vurub. Ümumi hesabda isə o, 1 saat 2 dəqiqə 7 saniyə göstərici ilə bürünc medala yiyələnib.