- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rusiya stolüstü tennis federasiyası Vasiliy Filatovu matç zamanı spirtli içki qəbul etdiyinə görə 6 ay müddətinə diskvalifikasiya edib.
Allsport.az xəbər verir ki, hadisə sentyabr ayında stolüstü tennis üzrə Rusiya kubokunun keçirildiyi Soçidə baş verib. Vasiliy, turnir öncəsi alış-veriş mərkəzindən aldığı içəcəyi sadə limonad bilib alsa da, yarış zamanı nəzarətçilərin yoxlanışından sonra içkinin alkoqollu olduğu müəyyənləşib. Bu səbəbdən o, 3 oktyabr 2023-cü ildən 2 aprel 2024-cü il tarixinədək yarışlardan kənarlaşdırılıb.