Mətbuat konfranslarının tarixi

31 mayda “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

Allsport.az xəbər verir ki, mətbuat konfransları 29 mayda Tofiq Bəhramov adına respublika stadionunun konfrans otağında baş tutacaq. Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-da, “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı isə saat 14:30-da başlayacaq. Konfransında hər klubdan baş məşqçiylə yanaşı bir futbolçunun iştirakı nəzərdə tutulub.

“Sabah” futbol klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 28 mayda saat 12:00-da başlayacaq. “Qarabağ” klubunun matçöncəsi açıq məşqi planlaşdırılmır.

Həmin kateqoriyadan