- Baxış sayı: 98
- 14 Dekabr 2025 15:24
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

Azərbaycan karate federasiyasının U-21 (18-21 yaş qrupu) idmançılardan ibarət yığma komandasına yeni təyinat olub.
Allsport.az xəbər verir ki, qərara əsasən əməkdar məşqçi Elnur İbrahim baş məşqçi vəzifəsinə təyin edilib.
Elnur İbrahim bundan öncə 2002-2009-cu illərdə Azərbaycanən yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 2009-cu ildən 2024-cü ilə qədər Küveyt karate federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi vəzifələrində çalışıb.