- Baxış sayı: 40
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 223
- Fevral 04, 2026
- 0

Kişi taekvondoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına son hazırlıqlar üçün Şamaxıya yollanıb. Allsort.az saytı xəbər verir ki, baş məşqçi Rza Mehmandostun rəhbərlik etdiyi yığma rayonun olimpiya idman kompleksində təlim-məşq keçir. Toplanışa mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.
Gedişatla yerində tanış olmaq üçün ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və idarə heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək mundialda böyük ümidlər bəsləndiyini bildiriblər.