- Baxış sayı: 62
- 26 Mart 2026 10:00
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldğı 3-cü qrupda bu gün bir oyun keçirilib. Allsport.az xəbər verir ki, Moldova doğma meydanda Slovakiya futzalçıları ilə qarşılaşıb.
Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
İndiyə qədər bu komandalar final mərhələsində itşirakını rəsmiləşdirib: Azərbaycan, Bosniya və Hersoqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.