- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

Bu gün futzal üzrə millimiz Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq. Allsport.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan yığmamız Yunanıstanla qarşılaşacaq.
Bakı idman sarayında keçiriləcək matç 19:00-da başlayacaq. Aktivində 13 xal olan millimiz həm Avropa çempionatına vəsiqəni, həm də qrup birinciliyini təmin edib. Yunanıstanın isə aktivində cəmi 1 xal var.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
19:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)
Bakı İdman Sarayı.