- Baxış sayı: 87
- 07 Yanvar 2026 16:57
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan komandasının Bakıda təlim-məşq toplanışı olacaq.
Allsport.az xəbər verir ki, komanda oktyabrın 16-dan 19-dək hazırlıq prosesi keçirəcək. Toplanışın sonunda yoxlama oyununu keçirilməsi nəzərdə tutulub. Baş məşqçi Yevgeni Kukseviç məşq prosesinə 5-i qapıçı olmaqla ümumilikdə 20 futzalçı dəvət edib:
Qapıçılar: Emin Kürdov, Hüseyn Əbdülov, Rövşən Hüseynli (hamısı “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Neftçi” İK), Cavad Məmmədov (“Baku Fire”)
Oyunçular: Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə (hamısı “Araz-Naxçıvan”), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Nurlan Məmmədov, Eldar Zeynalov (hamısı Baku Fire), Oqtay Mahmudzadə, Pünhan Qasımzadə (hər ikisi U-19).