- Baxış sayı: 86
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
Bu gün Tunisin Hammamet şəhərində yeniyetmələrin olimpiya oyunlarına vəsiqə verən yarışa yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərlik etdiyi komandada yalnız Minayə Əkbərova (44 kq) ümidi doğruldub və Argentinaya yollanmaq hüququ qazanıb.
Taekvondoçumuz yeniyetmələr arasında 1-ci dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibidir (2018).