- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 229
- Mart 25, 2026
- 0

Gənclər və idman nazirliyi, Avropa karate federasiyası və Azərbaycan karate federasiyasının təsdiq etdiyi təqvimə uyğun olaraq, “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcəkdir.
Allsport.az xəbər verir ki, 19-21 sentyabrda Mingəçevirdə baş tutacaq bu mötəbər yarışda 30-dan çox ölkədən 1000-dən artıq karateçinin iştirakı gözlənilir.
Bu turnir, həmçinin MDB oyunları öncəsi gənc idmançılar üçün unikal bir sınaq və motivasiya mənbəyi olacaq.