- Baxış sayı: 19
- 06 Aprel 2025 20:02
- Baxış sayı: 61
- Aprel 04, 2025
- 0
Bu gün “Neftçi”nin U-16 komandasının baş məşqçisi Mirbağır İsayevin 45 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, 1974-cü ildə anadan olan veteran futbolçu 1993-1995-ci illər ərzində “ağ-qaralar”da 58 oyun keçirib, 1995-ci ildə Azərbaycan kubokunun və superkubokunun qalibi olub.
– Mirbağır müəllim, bu anadək ən yaddaqalan doğum gününüz hansı olub?
– 5 il bundan öncə mən U-17 milli komandasının baş məşqçisi olanda doğum günümü birlikdə bazada qeyd etdik. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsinin elit-raunduna hazırlaşırdıq.
– Ən böyük hədiyyə?
– Ən böyük hədiyyə elə o idi. Ümumiyyətlə, fikrimcə, hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdir, onun iş başında olmasıdır.
– Bu günü necə qeyd edəcəksiz?
“Dalğa arena”da məşqimiz olacaq, sonra evə gedəcəm. Bu günü doğmalarımla keçirəcəm.
– Bu bir ənənədir?
– Xeyr, məndə doğum gününə aid heç bir ənənə yoxdur. Yaşın üstünə yaş gəlir, vəssalam.
– Bir daha təbrik edirik, Mirbağır müəllim!
– Çox sağ olun ki, məni unutmamısız. Bütün “Neftçi” klubuna minnətdaram.