- Baxış sayı: 46
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Taekvondo federasiyasının vitse-prezidenti Nağı Səfərov bu gün GİN-də keçirilən toplantıda iştirak etdi. Allsport.az saytı xəbər verir ki, onun Mançecterdə dünya çempionatında təəəsuratı belə oldu:
“Milad Hərcəqani xoş bir ənənənin təməlini qoydu. Artıq taekvondoda 2-qat dünya çempionumuz var. O, çempion olduqda beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Bax, beynəlxalq cüdo federasiyasının rəhbəri Marius Vizer, İngiltərənin idman naziri və digər rəsmilər də zaldaydılar.
Himnimiz səslənərkən, onların hamısının ayağa qalxması şərəfli idi. Şərhçi finalın ikinci raundunda belə qeyd edib ki, artıq hər şey hazırdır. Hətta həmin vaxt rəqib hesabı bərabərləşdirdikdən sonra Miladın zərbəsi onun kaskasını belə başından çıxardı.
Artıq dünya çempionatı tarixə qovuşdu. Qarşıda bizi 4 qran-pri gözləyir. Yaxşı hazırlaşıb orda xallarımızın sayını daha artıracağıq”.