Nağı Səfərov ötən ilə qiymət verdi

Bu gün taekvondo federasiyasında ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda çıxış edən vitse-prezident Nağı Səfərov bunu deyib:

“Böyüklərdən ibarət millinin üzvü Milad Beigi Hərçəqaninin ikinci dəfə dünya çempionatının qalibi olması, qarşıdan gələn olimpiadaya lisenziyanın təmin etməsi, eləcə də para-taekvondo yığmasının qadın üzvü Aynur Məmmədovanın dördüncü dəfə Avropa çempionu olması buna bariz nümunədir.

Aprel ayında İtaliyanın Milan şəhərində keçiriləcək Avropa qitəsinin lisenziya turnirində isə daha üç idmançımızın fürsəti əldən verməyəcəyinə ümidvarıq”.

Həmin kateqoriyadan