- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərib. Allsport.az xəbər verir ki, Səfərov yenidən Avropa taekvondo birliyinin (ATB) idarə heyətinə üzv seçilib.
İstanbulda baş tutan ATB-in növbəti baş assambleyasında qurumun prezidenti, vitse-prezidentləri və idarə heyəti yenidən formalaşıb. İdarə heyətinin 14 üzvü arasında Səfərov da yer alıb.
Assambleyanın yekununa əsasən, növbəti dörd il Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.