“Narkomaniyaya yox deyək” layihəsi davam edir

AFFA-nın təşkilatçılığı, “Həyat naminə” reabilitasiya mərkəzinin dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən reabilitasiya mərkəzində narkotik maddə asılılığından əziyyət çəkən gənc və yeniyetmələr üçün həftədə iki dəfə olmaqla AFFA tərəfindən ayrılan məşqçi tərəfindən futbol dərsləri keçirilir.

Allsport.az saytı xəbər verir ki, dərslərin keçirilməsində məqsəd narkotik maddə asılılığından əziyyət çəkmiş və hazırda müalicə alan şəxslər arasında futbolun kütləviliyini artırmaq, onların asudə vaxtlarını daha səmərəli təşkil etmək, sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Həmin kateqoriyadan