- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Milli karate federasiyası, Naxçıvanda hakimlər üçün seminar keçirib. Allsport.az saytı xəbər verir ki, hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi və beynəlxalq hakim Vüqar Kərimovun assistentliyi ilə 2 gün ərzində nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib.
Dərəcəsini artıran hakimlərə müvafiq sertifikatlar təqdim edilib. Adı ilk çəkilər ədalət təmsilçisi, həmçinin iyulun əvvəlində Xorvatiyada gənclərin dünya kubokuna yollanan naxçıvanlı karateçilərin son hazırlıq məşqlərində iştirak edərək, onlara yarış qaydaları ilə bağlı məlumatlardan əlavə tövsiyələrini verib.