- Baxış sayı: 233
- 30 Yanvar 2026 11:55
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Azərbaycan respublikası prezidentinin sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində fevralın 6-da Naxçıvan muxtar respublikasının Babək, Culfa və Şahbuz şəhərlərində yaradılmış “Sağlam məhəllə”lər istifadəyə verilib.
Allsport.az xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, Naxçıvan muxtar respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və müvafiq rayonların icra hakimiyyəti rəhbərləri iştirak ediblər.
Hər üç şəhərdəki idman zonalarında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.