- Baxış sayı: 43
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

Oktyabrın 25-də gənclər və idman naziri Azərbaycan taekvondo federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az xəbər verir ki, taekvondo üzrə milli komanda üzvləri ilə görüşən Fərid Qayıbov, onların məşq proseslərini izləyib, taekvondo federasiyasında yaradılmış şəraitlə maraqlanıb.
Azərbaycan taekvondo federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.



