“Neftçi” Rəhman Hacıyev transferini rəsmən açıqladı

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Allsport.az xəbər verir ki, paytaxt klubu Rəhman Hacıyevi rəsmən sıralarına qatıb.

O, ən azı bu mövsümün sonunadək sözügedən komandanın şərəfini qoruyacaq. Tərəflərin neçə illik müqavilə imzaladığı barədə isə xəbər verilmir.

Qeyd edək ki, Hacıyev müqavilə ilə “Bakı”ya məxsus olsa da, bu mövsüm Türkiyənin “Qaziantep BB” klubunda çıxış edirdi. Amma məhz bu komandadan ayrılıb vətənə dönərkən Türkiyədən deportasiya edilmiş Rəhman hazırda Antalyada təlim-məşq toplanışında olan “ağ-qaralar”ın düşərgəsinə qoşula bilmir. Bu üzdən də o, Bakıda fərdi şəkildə məşq edir.

Həmin kateqoriyadan