- Baxış sayı: 16
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 68
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin veteran futbolçusu Kazbek Tuayev bu günlərdə 80 yaşını qeyd edib. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə komandanın baş məşqçisi Samir Abbasov yubilyarı iş yerində ziyarət edib, ona klub adından təbriklər və ən xoş arzularını çatdırıb. O, 1961-1971-ci illər ərzində “ağ-qaralar”da 298 oyun keçirib, 60 qol vurub, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb.
1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə baş məşqçi olub, 1995/1996, 1996/1997 və 2003/2004 mövsümlərində komandaya ölkə çempionluğunu, 1995/1996, 2003/2004 mövsümlərində Azərvaycan kubokunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə millimizin başçılıq edib.
Hazırda Azərbaycan futbol məşqçiləri ittifaqının sədri, AFFA-nın icraiyyə komitəsinin üzvüdür.