- Baxış sayı: 35
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 109
- Fevral 06, 2026
- 0

Sosial layihələrə xüsusi önəm verən “Neftçi” bu sahədə fəallığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi daha bir işə qoşulur. “Ağ-qaralar” uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə – “ASAN məktub”la balacaların arzusunu həyata keçirmək niyyətindədir.
Komandanın futbolçuları yeni il ərəfəsində “ASAN məktub” portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcək: “8-ci km qəsəbə stadionunda baş tutacaq görüşdə uşaqlar komandamızın ev oyunlarını keçirdiyi stadionla tanış olub “Neftçi”nin muzeyini ziyarət edəcək. Sonda əsas komandamızın futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcəklər”.